BSU: Qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb

BSU: Qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb Bakı Slavyan Universitetində (BSU) imtahanlar normal qaydada davam edir. Qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb.
Imtahanlar universitetin hər iki tədris binasında üç növbədə keçirilir.
Qeyd edək ki, BSU-da 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası yanvarın 5-dən başlanıb. İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub. Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçiriləcək.
Bu sessiyada akademik borcu yaranacaq tələbələr üçün isə təkrar imtahanlar fevralın 2-dən 11-dək təşkil olunacaq. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və müvafiq fakültələr üzrə Apellyasiya Komissiyası yaradılıb.

Tehsil-press.az

Oxşar xəbərlər