Bakı üzrə 1500-dən çox şagird fənn olimpiadalarının yarımfinal turunda

Bakı üzrə 1500-dən çox şagird fənn olimpiadalarının yarımfinal turunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1502 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya, 457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni üzrə uğurlu nəticə əldə edib.
İştirakçılar müsabiqənin şəhər mərhələsinin nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər.
Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi fevralın 1-dən 15-dək www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.

Tehsil-press.az

Oxşar xəbərlər