Bakı Dövlət Universitetində iki yeni şöbə təşkil olunub

Bakı Dövlət Universitetində iki yeni şöbə təşkil olunub Bakı Dövlət Universitetində (BDU) tədris və elmi fəaliyyətin təşkilində səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə struktur islahatları keçirilir.
Struktur islahatları çərçivəsində Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb. Bu barədə universitetin Elmi şurasında qərar qəbul olunub.
Yeni şöbələrin yaradılması BDU-da magistratura və doktorantura təhsilinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edir.

Tehsil-press.az



Oxşar xəbərlər