7 ildir üzərində işlənilən “X-57” elektrotəyyarəsi bu dəfə uçaçaq
7 ildir üzərində işlənilən “X-57” eksperimental elektrotəyyarəsinin ilk uçuş tarixi məlum olub. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) başçısı Bill Nelson deyib. Onun sözlərinə görə, elektrikli “X-57” buraxılış qurğusu ilə təyyarənin uçuşu 2023-cü ilin sonuna qədər həyata keçiriləcək.