BDU tələbələri ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər

BDU tələbələri ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin tələbələri Oman Sultanlığında keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər.
Cempionat yanvarın 27-də başlayıb və fevralın 2-dək davam edəcək. Bu, fakültə tələbələrinin hər il keçirilən ənənəvi debat yarışlarında ardıcıl olaraq dördüncü iştirakıdır. Ötən il yarış Türkiyənin İstanbul şəhərində keçirilib. Bu il Omanda keçirilən yarışda fakültəni Regionşünaslıq (ərəb ölkələri üzrə) və Tərcümə (ərəb dili) ixtisaslarında təhsil alan III-IV kurs tələbələri Mohəmmədəli Axundov, Zeynəb Atamalıyeva, Simuzər Məmmədzadə və Seyidəkbər Axundov təmsil edirlər.
Yarışın məqsədi Asiya regionunda yaşayan gənclər arasında ərəb dilində danışıq və debat bacarıqlarının inkişaf etdirilməsidir.

Tehsil-press.az

Oxşar xəbərlər