Görkəmli qrafika ustası, Xalq rəssamı Arif Hüseynovun ADA Universitetinin tələbələri ilə görüşü keçirilib.
Tədbir Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunub.
Görüşdə A.Hüseynov 31 il əvvəl sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri qırğınlardan bəhs edib.
Tədbirdə bu il 80 illik yubileyini qeyd edən rəssamın “Qarabağnamə. Tarixin səhifələri” kitabı haqqında da məlumat verilib.
Qeyd olunub ki, “Qarabağnamə - tarixin səhifələri” kitabında əbədi və əzəli torpaqlarımızı, mədəniyyətimizi özündə əks etdirən 45 tabloda rəssam qədim Albaniya dövründən Xocalı faciəsi və Qarabağ Zəfərinədək bütün tariximizə işıq salıb. “Qarabağnamə” silsiləsində bütün kompozisiyalar real faktları əks etdirir. Ağ-qara cizgilərlə işlənmiş tablolarda, həmçinin bir sıra tarixi şəxsiyyətlərin - əfsanəvi generallar, xanəndə və aşıqlar, rus zadəganların portretləri və memarlıq abidələri əks olunub.
Sonda suallar cavablandırılıb.
Qeyd edək ki, görüş "Azərbaycanşünaslıq" dərsi çərçivəsində təşkil olunub.
Tehsil-press.az