İsveçin Finlandiya ilə eyni vaxtda NATO-ya daxil olma şansı azalır.
Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi zəruri sazişlərin imzalanmasının ratifikasiyasından imtina edən Türkiyənin təkidli mövqeyi nəticəsində uzanır.
Finlandiya və İsveç Ukrayna müharibəsi fonunda eyni vaxtda Şimali Atlantika alyansına daxil olmaqla bağlı bəyanat vermişdi. Alyansın ən böyük üzvü olan ABŞ-nin himayəsi və bu iki dövlətin birliyə daxil olmasını sürətləndirməkdə marağına baxmayaraq, bəzi üzv ölkələrin buna razılığı ilə bağlı çətinliklər meydana çıxıb. Türkiyə və İsveç arasında münasibətlərdə isə daha mürəkkəb vəziyyət yaranıb.
Türkiyə ilə mürəkkəb münasibətləri olan bu Şimali Avropa ölkələri bir sıra məsələlər üzrə Ankaranın narazılığını dinləməli olublar. Bu narahatlıq həmin ölkələrin cinayətkarları və terrorçuları gizlətmək, həmçinin terror təşkilatlarını himayə etməklə bağlıdır. İsveç və Finlandiyanın tənzimləyici orqanları Türkiyəyə silah və hərbi texnikanın tədarükünə dair müraciətləri də dəfələrlə bloklayıb. Bu, Ankaranın həmin ölkələrlə münasibətlərinin gərginləşməsində mühüm rol oynayıb.
Son nəticədə, tərəflər problemlərin həllinə dair razılıq əldə edə biliblər. Ötən il Madriddə keçirilən görüş çərçivəsində imzalanmış sənəddə İsveç və Finlandiya silah embarqosunun ləğv edilməsi, terrorizmlə mübarizənin gücləndirilməsi, cinayətkarların ekstradisiyası öhdəliklərini götürüblər. Bunun ardından Stokholm terrorizmə qarşı mübarizə haqqında qanunda da ciddi və sərt dəyişikliklər edib, həmçinin YPG kürd terror təşkilatı ilə arasında məsafə saxlayaraq, Türkiyədən qaçmış bəzi terrorçuların ekstradisiyası barədə xəbərlər yayıb.
Türkiyənin hüquq-mühafizə orqanları ilkin mərhələdə 33 terrorçunun ekstradisiyasını tələb edib. Onlardan 21-i İsveçdə yaşayır və Ankaranın bildirdiyinə görə, bu və ya başqa şəkildə PKK terror təşkilatı və Gülən hərəkatı ilə bağlıdır. Lakin İsveçin məhkəmə orqanları bu şəxslərin ekstradisiyasına icazə verməyib və bundan sonra tərəflər arasında münasibətlər daha da gərginləşib.
Digər tərəfdən, Danimarka və İsveçin ultra sağ təmayüllü siyasətçilərinin qalmaqallı aksiyası da danışıqlara mənfi təsir göstərib. Polisdən Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında aksiya keçirmək icazəsi alan Rasmus Paludan Quranın nüsxəsini yandırıb. Bu qalmaqala Türkiyənin reaksiyası birmənalı olub: “İsveç İslama qarşı aksiyalara və Quranın yandırılmasına görə NATO-ya üzv olmaqla bağlı sənədin ratifikasiyasında Ankaranın dəstəyini görməyəcək”, -deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bununla yanaşı, Türkiyə hökuməti Finlandiyanın İsveçdən ayrı NATO-ya üzvlüyü məsələsini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Yanvarın 24-də Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bəyan edib ki, onun ölkəsi verilən imkandan istifadə edə və öz müraciətini İsveçin üzvlük ərizəsindən ayıra bilər. Stokholmun bu bəyanata reaksiyası açıq həyəcan ifadə edib. Pekka Haavisto yanvarın 30-da keçirdiyi ikinci mətbuat konfransında bildirib ki, Finlandiyanın İsveçlə birlikdə NATO-ya üzv olmaq mövqeyi dəyişməyib. Lakin bu bəyanat ciddi şübhələri yox edə bilməyib. Bu yaxınlarda keçirilən sorğu sübut edir ki, Finlandiya vətəndaşlarının əksəriyyəti İsveçi gözləmədən NATO-ya üzv olmaq istəyir.
Qeyd etmək lazımdır ki, İsveçin əsas problemi Türkiyənin bir çox iddialarının əsaslı olmasıdır. Belə ki, Ankaranın bu ölkəyə qarşı irəli sürdüyü terrorçuların gizlədilməsi və terror təşkilatlarının himayə edilməsinə dair ittihamları inkar etmək o qədər də asan deyil. Bundan başqa, İsveçdə bəzi siyasi qrupların həmin təşkilatlarla sıx əlaqələri nəticəsində krallığın Türkiyə əleyhinə fəaliyyət göstərən bəzi qruplaşmalara maliyyə və hərbi yardımlar göstərməsi də məlumdur.
Beləliklə, İsveçin NATO-ya üzvlüyü məsələsinin uğursuzluqla nəticələnməsi mümkündür.
Bu ssenarinin baş verəcəyi təqdirdə, ölkə daxilində siyasi sabitlik də pozula bilər. Çünki yeni hökumət NATO-ya üzv olmağı krallığın təhlükəsizliyinin əsası elan edib.
Tehsil-press.az