“Azərbaycan qadınlarının gücü” - UNEC-də tədbir

“Azərbaycan qadınlarının gücü” - UNEC-də tədbir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycan qadınlarının gücü” adlı tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının rəhbəri Səkinə Babayeva, “Vətəndəş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, Gənclər Təşkilatları Milli Şurası sədrinin müavini Ülviyyə Axundova, UNEC Qiyabi Əlavə Təhsil Mərkəzinin sədr müavini, eyni zamanda, qadınlar şurasının sədri dosent Təranə Kərimova, Əməkdar artist Gülüstan Əliyeva, bir çox QHT–lərin nümayəndələri, sahibkar qadınlar iştirak ediblər.
Əvvəlcə qonaqlar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin qarşısına gül dəstələri qoyaraq, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarına əsasən, 1-ci yerə UNEC Dizayn Məktəbinin tələbəsi Ruhəngiz Minacəddinova layiq görülüb.
Tədbirdə qonaqlar iştirakçılara öz uğur hekayələrini danışıb, tələbələrə tövsiyələrini veriblər. Eyni zamanda, tədbirdə qonaqlarla tələbələr arasında sual-cavab yarışması keçirilib. Tədbir bədii kompozisiya ilə davam edib.
Sonda yarışma qaliblərinə, könüllülərə qiymətli hədiyyə və təşəkkürnamə təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər