UNEC Qadınlar Şurasının üzvlərindən sosial həmrəylik təşəbbüsü

UNEC Qadınlar Şurasının üzvlərindən sosial həmrəylik təşəbbüsü Prezident İlham Əliyevin ölkəmizdə pandemiyaya qarşı mübarizə məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsinə dair çağırışına dəstək olaraq UNEC-in Qadınlar Şurasının üzvləri sosial həmrəylik nümayiş etdiriblər.
Şuranın sədri Təranə Kərimovanın təşkilatçılığı ilə universitetin qadın əməkdaşları Səbail və Xəzər rayonlarında yaşayan aztəminatlı ailələrə, yaşı 65-i keçmiş tənha insanlara, ahıllara, Qarabağ əlillərinə, şəhid ailələrinə ərzaq yardımı ediblər.
UNEC Qadınlar Şurasının yardım aksiyası növbəti günlərdə digər məntəqələrdə də davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər