Yaponiya bu gün uğursuz buraxılış zamanı yeni raketini partlatmaq məcburiyyətində qalıb. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) raketin məhv edilməsini fəzaya buraxıldıqdan bir neçə dəqiqə sonra ikinci mərhələ mühərrikinin sıradan çıxması ilə əlaqələndirib. Agentlik dərhal “H3” raketinə özünü məhv etmə əmri göndərməli olub.
Bu insident JAXA üçün ciddi bir uğursuzluq hesab edilir. Yaponiya hökumətinin bəyanatında texniki nasazlığın “son dərəcə təəssüf doğurduğu” qeyd edilib. “H3” raketi Yaponiyanın son üç onillikdə dizayn etdiyi ilk orta qaldırıcı raketdir. O, Yerin orbitinə kommersiya və dövlət peyklərinin buraxılması üçün “SpaceX” kompaniyasının “Falcon 9” raketindən daha ucuz alternativ kimi təqdim edilirdi.
Mühəndislər 57 metr uzunluğu olan və göyərtəsində monitorinq peyki quraşdırılan raketi kosmosa göndərməyi hədəfləmişdilər. “ALOS-3” sistemi Şimali Koreyanın raket buraxılışlarını aşkar etməyə qadir texnologiyadır. Lakin JAXA buraxılışdan qısa müddət sonra sürətin azaldığını qeydə alıb və mühəndislər “H3” raketinə özünü məhv etmə xəbərdarlığı göndərmək məcburiyyətində qalıblar.
Osaka Universitetinin kosmos siyasəti üzrə professoru Hirotaka Vatanabe Reuters agentliyinə deyib: "Əvvəlki ləğv və təxirə salınmadan fərqli olaraq, bu dəfə proses tamamilə uğursuz oldu. Bu, Yaponiyanın gələcək kosmik siyasətinə, kosmik biznesinə və texnoloji rəqabət qabiliyyətinə ciddi təsir göstərəcək”.
Yaponiyanın elm naziri Keiko Naqaoka bildirib ki, səlahiyyətli strukturlar mühərrikin nasazlığının səbəbini araşdıracaq. O, ictimaiyyətin və tərəfdaşların ümidlərini doğrultmadığına görə üzr istəyib və insidentin son dərəcə təəssüfləndirici olduğunu söyləyib.
Yaponiya bu raketi “Falcon 9”a uyğun kommersiya alternativi kimi təqdim edib, çünki “H3” daha ucuz mühərriklə işləyir. Əgər missiya uğur qazansaydı, JAXA növbəti iki onillikdə bu raketi ildə altı dəfə buraxmağı nəzərdə tuturdu.
Tehsil-press.az