Ötən il "Enerji ehtiyatlarının səmərəli istifadəsi və enerji səmərəliliyi" qanun layihəsinin hazırlanması başa çatıb.
Bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak deyib.
Baş katib bildirib: "Cari ildə Azərbaycanda enerji səmərəliliyi sahəsində ilk milli fəaliyyət planını hazırlamağa başlamışıq. Bunu 2019-cu ilin sonuna qədər yekunlaşdırmağı düşünürük və 2020-ci ilin əvvəlində müvafiq hökumət orqanları ilə müzakirələr aparılacağı gözlənilir".
Qeyd edək ki, bu gün Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən Beynəlxalq Enerji Xartiyası Forumu işə başlayıb.
Foruma 13 ölkənin-Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxs qatılıb.
55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulması ilə təşkilatla münasibətlərdə yeni mərhələ başlanıb.
Tehsil-press.az