ATMU professorunun tərtib etdiyi “Buzovnalı qızın taleyi” kitabı nəşr olunub

ATMU professorunun tərtib etdiyi “Buzovnalı qızın taleyi” kitabı nəşr olunub Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının tərtib etdiyi və redaktoru olduğu “Buzovnalı qızın taleyi” kitabı çapdan çıxıb.
Mərhum yazar Xanımana Bağırovanın 1958-ci ildə qələmə aldığı “Buzovnalı qızın taleyi” kitabının “Ön söz”ü və sözardı hissələri də Məhərrəm Zülfüqarlı tərəfindən yazılıb.
Kitabda Bakının Buzovna kəndində imkanlı bir ailənin qızı olan, atası repressiyaya məruz qalaraq əmlakları sovet rejimi tərəfindən müsadirə edilmiş Xanımana Mirzəqulam qızı Bağırovanın çətin, məşəqqətli həyatından bəhs edilir. Əsərdə müəllifin əsasən öz həyatı təsvir olunub. Lakin bununla yanaşı, keçən əsrin 40-50-ci illərində Bakıda, Buzovnada və Ucar rayonun mərkəzində baş vermiş ictimai-siyasi hadisələr, əhalinin güzəranı, ağır həyat şəraiti haqqında da zəngin məlumatlar əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər