Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin İsveç təlim səfərində təmsil olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində İsveç Krallığının Stokholm şəhərində 27 fevral - 3 mart 2023-cü il tarixlərində keçirilən növbəti təlim proqramında təmsil olunub. Təlimlərdə layihə konsorsiumunun üzvü olan Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova da iştirak edib. KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adı altında həyata keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub.
Təlim proqramına uyğun olaraq İsveç və İspaniya Rektorlar Konfranslarının, EFMD-nin, İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb.
Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib. Proqramın yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramova və ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin sədri Elçin Süleymanov tərəfindən layihədə həyata keçirilən fəaliyyətlərin icrası və qarşıda duran mühüm tapşırıqlar, eləcə də sözügedən Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.
Avropa Komissiyasının bu layihənin məhsulu olan nəşrin hazırlanmasına dəstəyi, müxtəlif müəlliflərin fikirlərini əks etdirən məzmunun təsdiqini təşkil etmir və Komissiya layihə çərçivəsində təqdim olunan məlumatların istifadəsi ilə bağlı məsuliyyət daşımır.
Tehsil-press.az