Rusiyanın “Kommersant” qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat ilə bağlı dediklərini təkzib edən məqalə dərc edilib.
Məqalədə N.Paşinyanın dünənki mətbuat konfransında “Rusiya Federasiyası Qarabağın təhlükəsizliyinin təminatçısı olmalıdır” söyləyərək irəli sürdüyü tezis “kifayət qədər gözlənilməz” açıqlama kimi təqdim olunur.
“Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Qarabağla bağlı Rusiyanın təminatçı rolunda çıxış etməsindən bəhs edilmir”, - müəllif xüsusi vurğulayır.
Məqalədə Paşinyanın “Ermənistan təkcə Rusiyaya bel bağlamamalıdır” ifadəsinə də diqqət çəkilir: “Biz mövcud təhlükəsizlik arxitekturasının işləmədiyini diqqətə almalıyıq. Düzünü desəm, bunun nəticə verməyəcəyini bilirdik”.
Məqalədə Paşinyanın digər etiraflarına toxunulub: “Bizim hökumət çoxsaylı başqa ölkələrlə hərbi-siyasi sahədə əməkdaşlıq qurmağa çalışır və Moskva bu cəhdlərdən xəbərdardır”.
Paşinyanın fikirlərini təhlil edən müəllif yazının davamında qeyd edir:
“Eyni zamanda, Nikol Paşinyanın fikrincə, Ermənistan 2020-ci ilin payızında müharibəni müttəfiqlərin onlara kifayət qədər kömək etmədiklərinə görə yox, “beşinci kolon”a görə uduzub. Lakin o, konkret kimləri nəzərdə tutduğunu açıqlamayıb.
Eyni zamanda, görünür, Nikol Paşinyan Rusiyanın nüfuzlu erməniəsilli media menecerləri Marqarita Simonyanı və Aram Qabrielyanovu, həmçinin Dövlət Dumasının deputatı Konstantin Zatulini “beşinci kolon” hesab edir.
Jurnalistin sualını cavablandıran Paşinyan ilk dəfə təsdiqləyib ki, həqiqətən də, bu şəxslərin Ermənistana girişi qadağan edilib. Sitat: “Ermənistan suveren dövlətdir, özünə hörmət tələb edir və öz maraqlarına qarşı təcavüzləri yatırtmaq üçün suveren vasitələrdən istifadə etmək hüququna malikdir”.
Söhbət Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlara gələndə Paşinyan açıq şəkildə bildirib ki, o, nizamlanmanın Qərb formatına sadiqdir və Rusiya formatına keçidi gözləməyə dəyməz”.
Tehsil-press.az