Azərbaycanlı alimlər Özbəkistan universitetlərində mühazirə deyəcəklər

Azərbaycanlı alimlər Özbəkistan universitetlərində mühazirə deyəcəklər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova, universitetin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovu qəbul edib.
Görüşdə “Heydər Əliyev İli” çərçivəsində Özbəkistanda keçiriləcək tədbirlər, layihələr, Daşkənd Dövlət Pedaqoji Universitetində azərbaycanlı tələbələr üçün güzəştli qəbul prosedurunın yaradılması, Nizami Gəncəvi və Əlişir Nəvai Dostluq Mərkəzinin təşkili məsələləri müzakirə olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd Dövlət Pedaqoji Universitetinin tədris proqramına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı mövzularının daxil edilməsi, azərbaycanlı mütəxəssislərin, alimlərin cari il aprel ayında Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi, ədəbiyyatı mövzusunda açıq mühazirələrinin təşkili məsələləri müzakirə edilib və razılıq əldə olunub.
Tərəflər arasında Özbəkistanda keçiriləcək “Azərbaycan mədəniyyət həftəsi” çərçivəsində layihənin reallaşdırılması, tədbirin keçirilməsi planlaşdırılıb, habelə xalqlarımızın milli bayramı olan Novruza dair birgə tədbirin keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az




Oxşar xəbərlər