Ulu Öndərin Fərmanından sonra soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görülüb

Ulu Öndərin Fərmanından sonra soyqırımı həqiqətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görülüb Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyevin 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı Fərmanı və onun Azərbaycan tarix elminə verdiyi töhfə" mövzusunda elmi-praktik seminar keçirilib.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ADU-nun rektoru akademik Kamal Abdulla seminarın əhəmiyyətindən söz açıb. “Hər birimiz bu günün mahiyyətini, əhəmiyyətini yaxşı bilməliyik. Azərbaycanlı olmaq əqidəsi hər bir azərbaycanlının canında o qədər möhkəm əks olunub ki, buna dözməyən mənfur düşmənlərimiz bizə qarşı hər zaman xain münasibətlərini göstərib. Biz bu xain münasibətə ləyaqətlə cavab vermişik. Ən böyük cavabı isə 44 günlük Vətən müharibəsində verdik. Bu cavab bizim bir xalq kimi nə qədər ləyaqətli və ədalətli xalq olduğumuzu göstərdi”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, professor Anar İsgəndərov 31 Mart soyqırımı ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqətlərinin, o cümlədən soyqırımı həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib.
ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fikirlərini bölüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər