Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi ADU-da qeyd olunub

Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi ADU-da qeyd olunub Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tarixi köklərə malik, zəngin mədəni irsə sahib ali təhsil ocağı olduğunu vurğulayıb.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova universitet rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək deyib: “Bu gün ikiqat fəxr hissi keçirirəm. İlk növbədə, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya təşəkkürümü bildirirəm ki, universitetimizin 100 illik yubileyini keçirmək üçün bizi dəvət etdi. Çox şadıq, xoşbəxtik ki, sizinlə birlikdə bu əlamətdar tarixi qeyd edirik. Fəxr edirəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu cür qədim ənənələri olan universitetə rəhbərlik edirəm və mənim rəhbərlik etdiyim dövr 100 illik yubileyin qeyd olunduğu ilə təsadüf edir. Mədəniyyət və incəsənət xadimləri ilə, məşhur sənətkarlarla birlikdə işləmək mənim üçün böyük fəxrdir”.
Daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri adından müxtəlif xarici dillərdə ADMİU-nun 100 illiyi ilə bağlı təbriklər səsləndirilib.
Tədbir hər iki universitetin əməkdaşlarının və tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər