Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilinin başlanması münasibətilə tədbir təşkil edilib

Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilinin başlanması münasibətilə tədbir təşkil edilib Yeni dərs ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri universitetin rektoru professor Ceyran Mahmudova açaraq tələbələri və müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Ceyran Mahmudova ali təhsil üçün Mədəniyyət və İncəsənət Universitetini seçən birinci kurs tələbələrini salamlayaraq, onların təhsil müddətində burada mədəniyyətimizin, incəsənətimizin incəliklərini dərindən öyrənəcəklərinə və gələcəkdə ölkəmizə yararlı mütəxəssis kimi yetişəcəklərinə əminliyini vurğulayıb. Son günlər Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatlar nəticəsində şəhid olan hərbçilərimizi böyük hüzn və ehtiramla yad edən rektor onların arasında ADMİU-nun məzunu Ravil Hümbətovun da olduğunu bildirib. ADMİU-nun Ravil də daxil olmaqla, bütün şəhid, qazi və döyüşçüləri ilə fəxr etdiyini söyləyib.
Daha sonra ADMİU-nun prorektorları Gülşən Əliyeva-Kəngərli, Nigar Rüstəmova, Sədaqət Əliyeva, kafedra müdiri Əməkdar incəsənət xadimi Əli Əmirli və başqaları çıxış edərək tələbələri ilk dərs günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər