Mədəniyyət və İncəsənət Universitetinin kollektivi yeni tədris ilində qarşıda duran vəzifələr barədə məlumatlandırılıb

Mədəniyyət və İncəsənət Universitetinin kollektivi yeni tədris ilində qarşıda duran vəzifələr barədə məlumatlandırılıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022-2023-cü tədris ilində Elmi şuranın ilk iclası keçirilib.
İclası ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, bu ilin universitet üçün əhəmiyyətindən danışıb. 2023-cü ildə universitetin 100 illik yubileyinin qeyd ediləcəyini bildirib.
Rektor bu il yubileyləri olan müəllimlər - professor Sevda Teymurova, ADMİU-nun dosenti, Əməkdar artist Yaqut Abdullayeva və müəllim Dilarə Hüseynovanı kollektiv adından təbrik edərək, onlara cansağlığı və uğurlar arzulayıb.
Ceyran Mahmudova 100 illik yubiley ərəfəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin universitetlə bağlı qərarının ali məktəb üçün həm sevincli, həm də məsuliyyətli olduğunu bildirib. Nazirlər Kabinetinin 2022-ci il tarixli 12 avqust Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili ilə bağlı qərarına əsasən 2022-2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr haqqında məlumat verib.
Yeni yaradılan Keyfiyyət təminatı və strateji planlama departamentinin müdiri Nizami Əsədov təqdimatla çıxış edib.
İclasda, həmçinin yeni tədris ilinə hazırlığın vəziyyəti və dərs yükünün təsdiqi, 2022-2023-cü tədris ili üçün bakalavriat və magistratura pillələrinə tələbə qəbulunun, habelə yay semestrinin nəticələri, ADMİU-da fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul və digər məsələlər müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər