Beynəlxalq Türk Akademiyası daha bir universitetlə əməkdaşlığa başlayır

Beynəlxalq Türk Akademiyası daha bir universitetlə əməkdaşlığa başlayır Beynəlxalq Türk Akademiyası (BTA) ilə Qazaxıstanın Qorqud ata Dövlət Qızılorda Universiteti ortaq elmi araşdırma layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcək.
Əməkdaşlığa dair anlaşma memorandumu Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev və Qorqud ata Dövlət Qızılorda Universitetinin rektoru Beybitkül Kərimova tərəfindən imzalanıb.
Anlaşma memorandumu çərçivəsində Qızılorda əyalətinin Cankent qəsəbəsində yerləşən arxeoloji abidədə birgə elmi-tədqiqat işlərinin aparılması və bu prosesdə əldə edilən materialların elmi ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Akademiyanın vitse-prezidenti Ashat Kesikbayev tədbir iştirakçılarını qurumun prezidenti akademik Şahin Mustafayevin adından salamlayıb, universitetlə icra ediləcək ortaq araşdırma layihələrinin uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

Tehsil-press.az


Oxşar xəbərlər