Rusiya Dövlət Duması müdafiə komitəsinin sədri Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli Rusiya vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı tövsiyə edib.
Deputat xaricdə işləyən və hərbi xidmətə çağırış kağızı alan Rusiya vətəndaşlarına birillik məzuniyyət götürüb vətənə qayıtmağı və hərbi xidmətdən sonra yenidən işinə dönməyi məsləhət görüb.
Eyni zamanda, o bildirib ki, xaricdə yaşayan və hərbi mükəlləfiyyəti olmayan Rusiya vətəndaşları elektron çağırış kağızı alıblarsa, bu hərbi xidmətə uyğunsuzluq barədə müvafiq sənədləri elektron poçt vasitəsilə göndərə bilərlər.
Xatırladaq ki, Dövlət Duması Rusiyada vətəndaşların hərbi uçotu barədə məlumatlardan ibarət vahid reyestrin yaradılması barədə qanun qəbul edib.
Yeni qaydalara əsasən, hərbi xidmətə çağırış kağızı həm yazılı şəkildə, həm də elektron variantda çatdırılacaq. Hərbi çağırışçı 20 gün ərzində hərbi komissarlığa gəlməsə, onun ölkədən çıxışına, nəqliyyat vasitəsi idarə etməsinə, fərdi sahibkar kimi qeydiyyata alınmasına, bankdan kredit götürməsinə, mülk alqı-satqısına və s. məhdudiyyət qoyulacaq.
Tehsil-press.az