Tibbi informatika sahəsində Almaniyanın təcrübəsi öyrənilir

Tibbi informatika sahəsində Almaniyanın təcrübəsi öyrənilir Almaniyanın Deggendorf Texniki Universitetinin professorları Sigfrid Jedamzik və Horst Kunhardt, bu elmi qurumda tibbi informatika üzrə təhsil alan azərbaycanlı tələbə Fidan Rəhimli ilə İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı arasında onlayn görüş keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev, icraçı direktor texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri professor Məsumə Məmmədova və texnika elmləri doktoru Ramiz Alıquliyev, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.
Görüşdə tibbi informatika, e-tibb, süni intellekt, Big Data, kibertəhlükəsizlik, IV sənaye inqilabı və rəqəmsal transformasiyalar kontekstində tibbi məlumatların toplanması, intellektual emalı və s. kimi məsələlər müzakirə olunub.
Eyni zamanda, görüş çərçivəsində müvafiq istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması perspektivləri, tibdə İKT-nin tətbiqi sahəsində Almaniyanın təcrübəsi, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, kadr mübadiləsi, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, elmi seminarların təşkili, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması və s. ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az




Oxşar xəbərlər