Heydər Əliyev təkcə azərbaycanlı deyildi, o, dünyanın tarixi şəxsiyyətləri və siyasətçiləri arasında özünəməxsus üsluba malik beynəlxalq lider idi. Məhz onun böyük səyləri ilə Azərbaycan bəlalardan xilas oldu. Onun 1990-cı il yanvarın 21-də atdığı qəti addım - Moskvadakı cəsarətli bəyanatı Azərbaycanı parçalanmaqdan xilas etdi. Heydər Əliyevin bu müdrik və cəsarətli hərəkətləri Gürcüstan üçün də müstəsna əhəmiyyət kəsb edirdi. O, Gürcüstanda da böyük nüfuza malikdir və gürcü xalqı onu öz oğlu hesab edir.
Bu sözləri mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş xüsusi iclasında Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” mövzusunda çıxışı zamanı deyib.
Roin Metreveli qeyd edib ki, ən çətin geosiyasi şəraitdə, böyük təzyiqlərə baxmayaraq, 1996-cı ildə Eduard Şevardnadze ilə Heydər Əliyev arasında Bakı-Supsa neft kəmərinin tikintisinə dair müqavilə imzalanıb. Məhz bu saziş sonralar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi tarixi layihələrin əsasını təşkil etdi: “O vaxtdan bu günə kimi çox sayda strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi davam etdirilir. Onlar regionun enerji təhlükəsizliyini və siyasi sabitliyini, eyni zamanda, ölkələrimizin suverenliyini və təhlükəsizliyini təmin edir. Həmin illərdə bütün dünyanın Gürcüstanı qeyri-sabit ölkə kimi tanıdığı, Gürcüstan ərazisinin 20%-nin işğal olunduğu, daxili siyasi və iqtisadi problemlərin baş verdiyi çətin dövrü unutmaq mümkün deyil. Bu dövr Azərbaycan üçün də asan olmadı. Qarabağ müharibəsini və daxili qarşıdurmaları xatırlamaq kifayətdir. Gürcüstan üçün hər şeyin qıt olduğu dövrdə, elektrik enerjisinin və yanacağın çatmadığı bir vaxtda özü də kifayət qədər ağır vəziyyətdə olan Azərbaycan şəxsən Heydər Əliyevin tapşırığı ilə ölkəmizə kömək edirdi. Boru kəmərlərinin çəkilməsi böyük əhəmiyyət kəsb edirdi və bu gün də ekspertlər və siyasətçilər Heydər Əliyevin bu qərarının tarixi və həlledici əhəmiyyətə malik olduğunu qeyd edirlər. Heydər Əliyev layihələrin həyata keçirilməsi üçün Gürcüstan marşrutunu seçdi və gürcü xalqı buna görə ona əbədi minnətdar olacaq”.
Ulu Öndərin 1996-cı ildə Tbilisi Dövlət Universitetinə səfərini məmnunluqla xatırladığını deyən Roin Metreveli Heydər Əliyevin universitetin fəxri doktoru seçildiyini və müəllimlər və tələbələr qarşısında unudulmaz çıxış etdiyini bildirib, Ümummilli Liderin Gürcüstana və gürcü xalqına səmimi sözlərini heç vaxt unutmayacağını vurğulayıb.
Akademik qeyd edib ki, bu gün Azərbaycan əmin əllərdədir və ölkəni Prezident İlham Əliyev uğurla idarə edir. O, çıxışının sonunda bildirib ki, Heydər Əliyev Azərbaycan və gürcü xalqları arasında əsl dostluq və qardaşlıq rəmzi idi və təsadüfi deyil ki, gürcü xalqı onu özününkü hesab edir, xatirəsini ehtiramla yad edir.
Tehsil-press.az