“Heydər Əliyev ili” çərçivəsində Şamaxı rayonunun Göylər kənd 2 saylı tam orta məktəbində Bakı Dövlət Universitetinin elektron kitabxanasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, BDU-nun rektoru Elçin Babayev, Izrailin Holon Texnologiya Institunun prezidenti, professor Eduard Yakubov, BDU-nun Sosial elmlər ve psixologiya fakultəsinin dekanı Rövşən Cavadov, universitetin Psixologiya kafedrasinin mudiri Səxavət Əliyeva və Dağlıq-Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fikrini vurğulayaraq bu gün cəmiyyətdə və milli- mənəvi dəyərlərimizin qorunmasında təhsilin əhəmiyyəti, rayonda və bütün ölkədə bu sahədə görülən işlər, təhsilə göstərilən dövlət qayğısı barədə söz açıblar.
Əsrlər boyu çox sayda ədiblər yetişdirən Şamaxıda bu təşəbbüsün həyata keçirilməsi, xaricdə ali təhsil ocaqları ilə birgə əməkdaşlıq, BDU-nun elektron kitabxanasının rayonda təhsil alan gənclərin istifadəsinə verilməsinin onlar üçün əvəzsiz tövhə olması barədə fikir bildiriblər.
Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında şeir, rəqs və sərgi nümayiş olunub.
Tehsil-press.az