Nizami Cəfərovun qızı 33 yaşında ən gənc elmlər doktoru oldu

Nizami Cəfərovun qızı 33 yaşında ən gənc elmlər doktoru oldu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, dosent Aysel Qəribli Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 5710.01- Türk dilləri ixtisası üzrə filologiya üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.
Bununla Aysel Qəribli gənc yaşında Azərbaycanda elmlər doktoru elmi dərəcəsinə layiq görülən alimlərin sırasına qatılmış olub.
Qeyd edək ki, Aysel Qəribli Azərbaycan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Nizami Cəfərovun qızıdır.
Xatırladaq ki, Qəribli Aysel Nizami qızı 6 mart 1990-cı ildə anadan olub. 2007-ci ildə orta məktəbi bitirib, 2007-2012 ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr pilləsində təhsil alıb.
2012-2014-cü illərdə Azərbaycan Dillər Universitetində Filologiya fakültəsində magistr pilləsini oxuyub, bitirib.

Tehsil-press.az

Oxşar xəbərlər