Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tələbə və magistrantların 45-ci elmi konfransı keçirilib.
Tələbə Elmi Cəmiyyətinin rəhbəri Günel İmanquliyeva çıxışında hər il may ayında təşkil edilən tələbə və magistrantların respublika elmi konfransının gənclərin elmi yaradıcılığına diqqətin təzahürü olduğunu bildirib.
AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanova qeyd edib ki, Azərbaycanda iqtisadi və mədəni tənəzzül dövründə məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi respublikanın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi ilə nəticələndi. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın hər yerində nəhəng layihələrin, yenidənqurma işlərinin həyata keçirildiyini qeyd edən prorektor həmin illərdə ölkədə nəhəng abadlıq işlərinin aparıldığını, müasir memarlığın əsası sayılan tikililərin – inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və neçə-neçə binanın inşa edildiyini, çox sayda memarlıq abidəsinin yüksək peşəkarlıqla bərpa olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Ulu Öndər hər zaman təhsilə, elmin inkişafına xüsusi diqqət yetirib və hələ sovet dönəmində bu işə sistemli şəkildə yanaşaraq gənclərimizin SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almasına nail olub və bu yolla gələcəkdə müstəqillik qazanacaq ölkəmiz üçün peşəkar kadr potensialının formalaşmasına töhfə verib.
Konfransda Tələbə Elmi Cəmiyyətinin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Ardınca cəmiyyətin üzvləri Ümummilli Liderin qiymətli kəlamlarından sitatlar gətiriblər.
Tələbə və magistrantlar “Qarabağ şəhər və kənd yaşayış məntəqələrinin yenidən qurulmasında dayanıqlılıq prinsiplərinin tətbiqinin əhəmiyyəti”, “Ümummilli Lider Heydər Əliyevin yol-nəqliyyat infrastrukturunun inkişafında əvəzsiz rolu”, “Çoxmərtəbəli monolit dəmirbeton binaların tikintisinin təşkilati texnoloji etibarlılığının müəyyən edilməsi”, “Elmin kommersiyalaşdırılması yolları” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Konfrans 2 gün davam edəcək və ümumilikdə 619 məruzə dinləniləcək.
Tehsil-press.az