Türkiyənin Qafqaz Universitetinin (Qars) rektoru professor Hüsnü Kapu, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru professor Natiq İbrahimov və qardaş ölkədən gələn nümayəndə heyəti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olublar.
Görüşdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. O, Qafqaz Universiteti ilə ADMİU arasında əməkdaşlıq memorandumunun ötən ilin oktyabrında imzalandığını nəzərə çatdırıb, görüşün həmin sənədin şərtlərini geniş şəkildə müzakirə etmək və gələcək əməkdaşlığı daha da genişləndirmək məqsədi daşıdığını deyib.
C.Mahmudova Qafqaz Universitetinin lazımi tədris sahələrindəki inkişafı üçün dəstək göstərməyə, öz təcrübələrini bölüşməyə hər zaman hazır olduqlarını vurğulayıb.
Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu ADMİU ilə ortaq tədris sahələrindən söz açaraq 100 yaşlı qocaman ali təhsil ocağının təcrübələrindən gələcəkdə yararlanmağın onlar üçün çox faydalı olacağını düşündüyünü deyib.
Görüşdə iki universitet arasındakı təcrübə mübadiləsi və təhsil sahəsində əlaqələri genişləndirmək, birgə tədqiqat layihələrində iştirak və onların nəticələrini dərc etmək, seminar, konfrans, müsabiqə və tələbələrin şəxsi işlərinin sərgilərinin keçirilməsi, rəsm sənəti ilə bağlı mühazirələrin təşkili üçün aparıcı professorların dəvət olunması, magistratura və doktorantura proqramları üzrə əməkdaşlıq və digər məsələlər müzakirə edilib.
Daha sonra qonaqlar Rəssamlıq fakültəsində tələbələrin əl işləri ilə tanış olublar.
Tehsil-press.az