Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.
Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri Nadir İsmayılov “Azərbaycanda tibb elminin informasiya təminatı” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanda tibb elminin təşəkkülü, formalaşması və inkişafı tarixindən danışıb, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan əsərlər barədə məlumat verib. O, Azərbaycanda tibb elminin yeni inkişaf mərhələsinin 1919-cu ildə BDU-da Tibb fakültəsinin yaradılması ilə bağlı olduğunu diqqətə çatdırıb.
Məruzədə tibb elminin inkişafında, o cümlədən bu sahənin informasiya təminatının formalaşmasında professor Əziz Əliyevin müstəsna xidmətləri olduğu vurğulanıb. Qeyd olunub ki, professor Əziz Əliyev Tibb Universitetinin nəzdində kitabxananın, nəşriyyatın, elmi jurnal və qəzetin əsasını qoymaqla ölkəmizdə tibb elminin informasiya təminatında mühüm bir mərhələnin əsasını yaradıb. N.İsmayılov bütün bu ənənələri öz elmi irsində və praktik fəaliyyətində uğurla davam və inkişaf etdirən akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, görkəmli alim, oftalmologiya sahəsində mühüm tədqiqatların, sanballı elmi əsərlərin müəllifi, akademik Zərifə Əliyevanın elmi irsi haqqında ölkəmizdə və xaricdə mövcud olan sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyətini kompleks təhlil edib. Akademik Zərifə Əliyevanın irsinə dair sənəd axınının tədqiqində Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr edilmiş “Zərifə Əliyeva” biblioqrafik göstəricisinin xüsusi əhəmiyyət daşıdığını bildirən N.İsmayılov biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına dair mühüm faktların əksini tapdığını qeyd edib.
N.İsmayılov akademik Zərifə Əliyevanın irsinə dair çap edilmiş əsərlərin ölkəmizdə tibb elminin informasiya təminatının zənginləşməsində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.
Tehsil-press.az