Serbiya vətəndaşları üç gündə 6 minə yaxın qanunsuz silahı təhvil verib

Serbiya vətəndaşları üç gündə 6 minə yaxın qanunsuz silahı təhvil verib Serbiyada qanunsuz silahların təhvil verilməsi üzrə kampaniyanın ilk üç günü ərzində 6 minə yaxın silah təhvil verilib.
“Qanunsuz silahların təhvili üzrə kampaniyanın ilk üç günü ərzində 5 min 973 ədəd silah və 468 ədəd mina-partlayıcı qurğu təhvil verilib”, - deyə nazirliyin instaqram səhifəsində yazılıb.
Bir müddət öncə Serbiyada qanunsuz silahların təhvil verilməsi üzrə kampaniya elan edilib. Buna son günlər ölkədə odlu silahdan istifadə edilməklə törədilən bir neçə cinayət hadisəsinin baş verməsi səbəb olub. İyunun 8-dək davam edəcək kampaniya zamanı vətəndaşlar mənşəyini izah etmədən qanunsuz silah-sursatı polisə təhvil verə biləcək.

Tehsil-press.az




Oxşar xəbərlər