Bakı Dövlət Universitetinin tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda

Bakı Dövlət Universitetinin tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər.
Tələbələrə Reniumun ərintilərinin elektrokimyası və elektrokatalizi laboratoriyasında renium ərintilərinin elektrokimyəvi yolla alınması prosesi əyani olaraq göstərilib.
Sonra tələbələr renium ərintisinin kimyəvi tərkibini analiz etmək məqsədilə “SPECORD 50 PLUS” cihazının işləmə qaydası ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər