UNEC-in əməkdaşları Rumıniya universitetində mübadilə proqramında olublar

UNEC-in əməkdaşları Rumıniya universitetində mübadilə proqramında olublar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Extern” Tədris Mərkəzinin tədris işləri üzrə direktor müavini Kəminə Cəbrayılova, Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova və departamentin mütəxəssisi Gültac Tahirli “Erasmus+” mübadilə proqramı çərçivəsində Rumıniyanın Transilvaniya Braşov Universitetində təşkil olunan beynəlxalq əməkdaşlıq həftəsində iştirak ediblər.
Tədbirə 30-dan çox ölkənin ali təhsil müəssisələrindən 75 nəfər qatılıb. Tədbir çərçivəsində universitetlərin tanıtımı olub və təcrübə mübadiləsi aparılıb. Tanıtım zamanı UNEC-in rəqamsal təhsil və innovativ tədris metodları iştirakçıların diqqətini cəlb edib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Beynəlxalq əməkdaşlıq həftəsində UNEC nümayəndə heyəti tərəfindən bir çox xarici universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması üçün ilkin razılıq əldə olunub.
Səfər çərçivəsində UNEC əməkdaşları Transilvaniya Braşov Universitetinin fakültə dekanları ilə görüşərək, əməkdaşlıq imkanları haqqında müzakirələr aparıblar. UNEC-in əməkdaşları, həmçinin Rumıniyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüblər.

Tehsil-press.az



Oxşar xəbərlər