UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin ekspert qiymətləndirməsi və yenidən dəyərləndirmə prosesi” mövzusunda növbəti ustad dərsi keçirilib.
Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova tədbirin məruzəçisi, Böyük Britaniyanın Southampton Universitetinin dosenti Kamran Məlikov barədə ətraflı məlumat verib. O, alimin bu sahədə apardığı tədqiqatlardan danışıb, keçirilən seminarın Mərkəzin ilk tədbiri olduğunu söyləyib.
Təqdimatla çıxış edən məruzəçi Kamran Məlikov dünyanın nüfuzlu elmi jurnallarının nail olduğu uğurların təməlində dayanan amillərdən birinin məhz rəy sisteminin düzgün qurulması olduğunu bildirib. Qeyd edib ki, rəy sistemi (Peer-review) akademik nəşrlərdə dərc olunan məqalələrin yoxlanılmasında, tədqiqatların səmərəliliyinin yüksəldilməsində, effektiv nəticələrin əldə olunmasında, keyfiyyət və orijinallığın qiymətləndirilməsində, plagiatın qarşısının alınmasında mühüm mərhələdir.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən onların sualları cavablandırılıb. Çıxış edənlər məqalələrin ekspert qiymətləndirilməsindən keçirilməsinin elmi məqalə çapında mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Tehsil-press.az