“İstilik dəyişdiriciləri” - tələbələr üçün ustad dərsi

“İstilik dəyişdiriciləri” - tələbələr üçün ustad dərsi Türkiyənin “Friterm” şirkətinin meneceri Hayati Can Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin üçüncü kurs tələbələri üçün “İstilik dəyişdiriciləri” mövzusunda ustad dərsi keçib.
Dərsdə hava istilik dəyişdiriciləri, hava soyuducuları, su-buxar hava qızdırıcıları və kondisionerlər barədə məlumat verilib.
Eyni zamanda, tələbələr kondisioner, isitmə sistemləri və soyuducu qurğular istehsal edən “Friterm” şirkətinin müasir texniki avadanlıqları haqqında da məlumatlanıdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər