"Əsrin sonunadək qlobal quru hissənin 38-48 faizi iqlim zonasını dəyişəcək..."
"Tropik iqlim zonasında quru hissənin 34 faizi quraqlıq zonasına çevriləcək..."
"Orta hərarətin 2 faiz artması buzlaqların 60 faizinin yox olmasına, nəticədə bir çox ərazilərin su basmasına gətirib çıxaracaq..."
Əsrin sonunda Yerin quru hissəsinin, demək olar ki, yarısı öz iqlim zonasını dəyişəcək. Ən çox Avropanın və Şimali Amerikanın soyuq hissəsi zərər çəkəcək.
İsraili soyuq yer adlandırmaq olmaz, lakin ölkə artıq qlobal iqlim dəyişikliklərinin episentrindədir.
Regionumuzda istiləşmə templəri dünyanın orta tempini üstələyir. Alimlər artıq 30 ildən sonra İsraildə indiki yayı daha soyuq hesab edəcəyini proqnozlaşdırır.
Bəla ondan ibarət deyil ki, daimi işləyən kondisionerə görə elektrik enerjisi üçün daha çox pul ödəmək lazım gələcək.
İqlim dəyişikliyi quraqlıq, flrtınalar, daşqınlar, qasırğalar və qeyri-məhsuldarlıq kimi təbii fəlakərlərə gətirib çıxarır. İçməli su ehtiyatları azalır, heyvanların populyasiyası qısalır, bəziləri isə yoxa çıxır.
Virciniyada Corc Meyson Universitetindən iqlimşünas Pol Dirmayyer başqa olmaqla Amerika tədqiqatçıları 2100-cü ilədək Yerin gələcəyini imitasiya edən modelini tərtib edib və iqlim dəyişikliklərinin miqyasını göstərib.
Onlar bu nəticəyə gəlib ki, "proqnozlara görə, əsrin sonunadək qlobal quru hissənin 38-48 faizi iqlim zonasını dəyişəcək".
Öz proqnozunu tərtib etmək üçün Dirmayyer və onun həmkarları dünyanı bizim orta məktəbdə böldüyümüzdən fərqli bölən Köppen- Heyger xəritəsindən istifadə edib. Burada 5 iqlim zonası var, bunlar tropik, quraqlıq, mülayim, kontinental və qütb zonalarıdır.
Alimlər keçmişdə, 1901-1930-cu illərdə iqlim zonalarının paylaşmasını dəyərləndirib, 1990-2019-cu illərdə ötən dövrə nisbətən müasir iqlimi öyrənib və bunun əsasında gələcəkdə, 2071-2100-cü illərdə iqlim dəyişikliklərini proqnozlaşdırıb.
İndi onlar gözləyir ki, əsrin sonunda tropik iqlim zonasında indiki kimi quru hissənin 23 faizi deyil, 25 faizi olacaq. Onların proqnozlarına görə, Yer səthinin indiki kimi 31 faizi deyil, 34 faizi quraqlıq zonasına çevriləcək.
Avropanın 71-89 faiz ərazisində iqlim dəyişəcək. Şimali Amerikada torpağın 51-66 faizi əsrin sonunda digər iqlim zonasına çevriləcək. Afrika, demək olar ki, dəyişikliyi hiss etməyəcək. Amma qütb sahələri güclü zərər çəkəcək. Onlar onsuz da XX əsrin əvvəlindəki 8 faizdən hazırda 6, 5 faizədək azalıb.
"XX əsrdən başlayaraq Yerin 14, 7 faizi digər iqlim zonasına çevrilib, bu zaman ən böyük dəyişiklik Şimali Amerikada, Avropada və Okeaniyada müşahidə edilib", - məqalə müəllifləri yazıb.
Bu tədqiqat bu qəbildən olan ilk tədqiqat deyil. 2015-ci ildə Duet Çan və Tsiqan Vu artıq bəşəriyyəti qarşıdakı iqlim fəlakəti barədə xəbərdarlıq edib.
Onlar öz tədqiqatlarında göstərib ki, dünyada quru hissənin sahəsinin təxminən 5, 7 faizi 1950-ci ildən 2010-cu ilədək daha isti və quru iqlim tərəfə keçib. Artıq o zaman onlar bizim indi müşahidə etdiklərimizi proqnozlaşdırıb.
İqlim tiplərinin dəyişməsini alimlər antropogen amillərlə bağlayıb. Həqiqətən də, XIX əsrin ortalarından, bəşəriyyətin industrial eraya yenicə qədəm qoyduğu zaman, Yerdə hərarət Selsi üzrə 1, 59 dərəcə artıb.
Dirmayyerin modelləşdirməsi təxminidir, ən azı ona görə ki, yağıntıların dəqiq miqdarını proqnozlaşdırmaq mümkün deyil. Lakin qlobal istiləşmə templəri sürətlənəcək.
Proqnozlar orta hərarətin əsrin sonunadək 2 dərəcədən çox artacağını göstərir. Belə hərarətdə buzlaqların 60 faizi yox olacaq. Hərarətin 3 dərəcə artması buzlaqların 70 faizinin yox olması ilə nəticələnəcək, bu da dənizlərin səviyyəsinin artmasına və bir çox ərazilərin su basmasına gətirib çıxaracaq.
Tehsil-press.az