Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli protokola uyğun əməkdaşlıq uğurla davam etdirilir.
Əməkdaşlıq çərçivəsində Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun magistr, doktorant və əməkdaşlarından ibarət heyətlə ilkin qiymətləndirmə görüşü keçirilib.
Görüşdə Qazi Universitetinin rektoru Musa Yıldız, universitetin professor-müəllim heyəti, MDU-nun nümayəndələri, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız təcrübə keçən iştirakçılara uğurlar arzulayıb. Rektor Azərbaycan universitetləri ilə əlaqələri bundan sonra da davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, AzTU-nun “Tədqiqat-Təcrübə Proqramı” çərçivəsində mart ayında 18 nəfərlik, may ayında isə 14 nəfərlik qrup təcrübə keçmək üçün 2 ay müddətinə Türkiyənin tanınmış universitetlərinə ezam olunub.
Tehsil-press.az