BDU-da Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri ilə görüş

BDU-da Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri, Vyetnamın Audit Palatasının sədr müavini Dang The Vinhlə görüşü olub.
Qonaq BDU-nun Hüquq fakültəsinin məzunudur.
Görüşdə E.Babayev BDU məzunlarının universitetin şərəfli tarixinin bir hissəsi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan ilə Vyetnam arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin genişlənməsində təhsil, elm sahəsindəki əməkdaşlıq xüsusi önəm daşıyır. Rektor münasibətlərin inkişafında Azərbaycanda və Vyetnamda təhsil almış məzunların da rolunun olduğunu deyib.
Dang The Vinh tələbəlik illərindən bəhs edib. O bildirib ki, indiyədək 4 minədək vyetnamlı Azərbaycanda təhsil alıb. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən qonaq rektor Elçin Babayevi Vyetnama dəvət edib.
Sonra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər