BDU-da proqramlaşdırma müsabiqəsi keçirilib

BDU-da proqramlaşdırma müsabiqəsi keçirilib “BDU könüllüləri”nin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Yeni başlayan proqramçılar-2” müsabiqəsi keçirilib.
Müsabiqədə tələbələr nəzəri və praktiki biliklərə əsaslanaraq mübarizə aparıblar. Dörd turdan ibarət olan yarışın ilk mərhələsi proqramçı məntiqi ilə bağlı olub. Komandalar verilmiş vaxt ərzində suallara cavab tapmağa çalışıblar. İkinci mərhələdə hər komanda öncədən bildirilmiş mövzular üzrə bir proqramçı seçib. Proqramçılar elektron sistemdə qurulmuş məsələləri həll edərək komandalarına xal qazandırıblar. Yarışın üçüncü mərhələsində tələbələr informasiya texnologıyaları sahəsi ilə bağlı nəzəri sual və məsələləri cavablandırıblar. Sonuncu mərhələdə komandalar səviyyə məntiqi ilə proqramlar yazıblar.
Müsabiqənin nəticəsinə əsasən, “Meta Team” komandası I, “Not Found 404” komandası II, “Hacktives” komandası isə III yerə layiq görülüb.

Tehsil-press.az



Oxşar xəbərlər