BDU-da “Yeni başlayan proqramçılar” adlı müsabiqə keçirilib

BDU-da “Yeni başlayan proqramçılar” adlı müsabiqə keçirilib Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə “Yeni başlayan proqramçılar” adlı müsabiqə keçirilib.
Müsabiqədə I və II kurs tələbələri komanda şəklində 5 mərhələdə kompüter elmləri üzrə nəzəri biliklərini sınaqdan keçirib, daha sürətli və düzgün proqramlar yazmağa çalışıblar. Son mərhələdə isə hər komanda iki hissəyə bölünərək kodlaşdırma-dekodlaşdırma prinsipi ilə bir-birinə verilmiş sözləri çatdırmağa çalışıb.
Müsabiqənin nəticələrinə əsasən, “GG CODE” komandası I, “Creative Club” komandası II, “Cool As Code” komandası isə III yeri qazanıb.
Çempion komanda sertifikat və gələcəkdə istifadə edə biləcəkləri kuponlarla təltif olunub. Digər iki komandanın üzvlərinə isə həvəsləndirici kuponlar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər