UNEC-də universitet-dövlət-sənaye əlaqələrindən bəhs edən layihə nəticələrinin təqdimatı olacaq

UNEC-də universitet-dövlət-sənaye əlaqələrindən bəhs edən layihə nəticələrinin təqdimatı olacaq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan “Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” tədqiqat layihəsi UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçıları tərəfindən uğurla icra edilib.
Layihənin nəticələri kitab halında çap edilərək iyunun 16-da universitetin rəhbərliyi, rəsmi şəxslər və özəl sektorun nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.
Mərkəz mövzu üzrə tədqiqatları gələcəkdə daha da dərinləşdirməyi planlaşdırır.

Tehsil-press.az



Oxşar xəbərlər