“İlahiyyat” jurnalının növbəti buraxılışı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub

“İlahiyyat” jurnalının növbəti buraxılışı Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – VIII xüsusi buraxılışı işıq üzü görüb.
Jurnalın budəfəki sayı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. On üç rubrikadan ibarət olan xüsusi buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, dini konfessiya nümayəndələrinin, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb.
Nəşr “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı yer alıb.
“Cəmiyyət və din” rubrikasında Aİİ-nin rektoru Aqil Şirinovun “Ulu Öndər Heydər Əliyev və multikultural dəyərlər”, Milli Məclisin deputatı Ceyhun Məmmədovun “Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olunmasında Heydər Əliyevin rolu” sərlövhəli məqalələri verilib.
“Konfessiya nümayəndələri danışır” rubrikasında isə Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodi Əfəndiyevin və Alban-Udi xristian dini icmasının rəhbəri Robert Mobilinin məqalələri yer alıb.
Digər rubrikalarda isə oxucular Aİİ əməkdaşlarının Heydər Əliyev haqqında məqalələri ilə tanış ola bilərlər.
Buraxılışda Aİİ tələbələrinin Ulu Öndər haqqında məqalələri və şeirləri də yer alıb.

Tehsil-press.az




Oxşar xəbərlər