BDU-da Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı ilə görüşüb.
Rektor Elçin Babayev qonağa BDU-nun əcnəbi tələbələrinin arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu söyləyib. O qeyd edib ki, türkiyəli tələbələr daha çox sosiologiya, psixologiya və hüquq ixtisaslarını seçirlər. Rektor BDU-da təhsil alan türkiyəli tələbələrin sayının daha da artırılması üçün birlikdə çalışmağın zəruriliyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı isə qeyd edib ki, təhsil Türkiyə-Azərbaycan qardaşlığında önəmli nöqtədir. O, Azərbaycanın ali məktəblərində təhsil alan türkiyəli tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini, bu tələbələrə dair elektron portalın yaradılacağını bildirib.
Görüşdə BDU-nun türkiyəli tələbələrinin təhsilləri, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az