2023/2024-cü tədris ili üçün Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr proqramlarına qeydiyyata start verilib.
Cari ildə abituriyentləri bir sıra yeniliklər gözləyir. Belə ki, universitetin Rəhbər Komitəsinin qərarı ilə UFAZ-da bütün yerlər dövlət sifarişli olacaq. Bununla yanaşı, UFAZ-ın kompüter elmləri ixtisasına olan yüksək tələbatı nəzərə alaraq, yerlərin sayı iki dəfə artırılıb. Dövlət sifarişli yerlərin sayı, həmçinin kimya mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları üçün 30-dan 35-ə qaldırılıb.
UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb və 2016-cı ildən fəaliyyətə başlayıb. UFAZ Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Strasburq Universiteti tərəfindən idarə olunur.
Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş I ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan azı 500 bal toplamış abituriyentlər Strasburq Universitetinin ekspertləri tərəfindən tərtib edilmiş qəbul imtahanında iştirak edə bilərlər. UFAZ-da tədris ingilis dilində aparılır və abituriyentlərə 160 yer təklif edilir.
Onlayn qeydiyyat avqustun 1-dək davam edəcək. Qəbul imtahanı avqustun 4-də UFAZ-ın əsas binasında keçiriləcək. İmtahan təhsil üçün seçilən bölmədən asılı olaraq həm Azərbaycan, həm də rus dillərində aparılır.
UFAZ məzunları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Fransanın Strasburq Universitetinin diplomlarını alır. UFAZ bakalavriat səviyyəsində kompüter elmləri (60 yer), kimya mühəndisliyi (35 yer), neft və qaz mühəndisliyi (35 yer), geofizika mühəndisliyi (30 yer) ixtisasları üzrə təhsil təklif edir.
Abituriyentlər https://admission.ufaz.az/az/ linkində qeydiyyatdan keçə bilərlər.
Tehsil-press.az