Bugünkü tədbirimiz universitet-dövlət-sənaye əlaqələrində Azərbaycanda mövcud cari vəziyyəti, problemləri, xüsusilə kommunikasiya problemini araşdırmaq və bu istiqamətdə həll yollarını təklif etmək məqsədi daşıyır. Tədbir “Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?” tədqiqat layihəsinin nəticələrinə həsr olunub.
Bunu müsahibəsində UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev söyləyib. O bildirib ki, UNEC-in daxili qrant müsabiqəsində qalib olmuş layihə uğurla tədqiq edilib və başa çatdırılıb. Tədqiqatın nəticələri dörd əsas problem müəyyən edir. Bunlar ixtisaslı kadr çatışmazlığı, resursların zəif koordinasiyası və infrastruktur məsələləri, tərəflərarası inamsızlıq, o cümlədən tarixi trayektoriyadan asılılıq kimi xarakterizə olunur. Qeyd olunan tapıntıların fonunda tədqiqat Azərbaycanda universitet-dövlət-sənaye-əlaqələrini intensivləşdirməyə hesablanmış mexanizm və müvafiq çərçivə təklif edir. Praktiki aspektdən inam və kommunikasiya quruculuğu, resursların effektiv koordinasiyası, bilik və innovasiya əsaslı İqtisadiyyat quruculuğu kimi zəruri tövsiyələrlə tədqiqat yekunlaşır. Tədqiqat layihəsinin nəticələri faydalı və uğurlu olacaq.
Tədqiqatın nəticələri kitab şəklində nəşr olunub və ictimaiyyətə təqdim edilib.
Tehsil-press.az