IDEAS bazasında daha çox UNEC alimlərinin məqalələri yer alıb

IDEAS bazasında daha çox UNEC alimlərinin məqalələri yer alıb IDEAS bazasında daha çox Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimlərinin məqalələri yer alıb.
Bazada 4 milyon 200 mindən çox tədqiqat əsəri, o cümlədən tam mətndə yüklənə bilən 3 milyon 800 mindən çox məqalə indekslənir. IDEAS iqtisadi ədəbiyyat (nəşrlər) üzrə biblioqrafik məlumat bazasında Azərbaycan iqtisadiyyatına dair 1009 nəşr mövcuddur ki, bunlardan 607-si məqalə, 340-ı tədqiqat işi, 34-ü kitabdan fəsil, 23-ü isə kitabdır.
Qeyd edək ki, IDEAS https://ideas.repec.org/ ABŞ Federal Ehtiyatlar Bankının Tədqiqat bölməsi tərəfindən idarə olunan iqtisadiyyata aid ən böyük biblioqrafik məlumat bazasıdır və istifadəçilər üçün açıqdır.

Tehsil-press.az


Oxşar xəbərlər