UNEC əməkdaşlarına zəngin kitabxana resurslarından istifadə imkanı yaradılıb

UNEC əməkdaşlarına zəngin kitabxana resurslarından istifadə imkanı yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinə və tələbələrinə aprelin 30-dək Rusiyanın İPR MEDİA şirkətinin “İPR Books” və “RKİ Platforması” adlı elektron resurslardan istifadə imkanı yaradılıb.
Rusiyanın İPR MEDİA şirkəti 2 elektron kitabxanadan: bazasında 140 min kitab (hər ay 1000 yeni kitab), 2000 audionəşr olan “İPR Books”dan (www.iprbookshop.ru) və rus dilinin xarici dil kimi tədrisi üçün “RKİ Platforması”ndan (https://rosedu.ru) test rejimində üç ay müddətinə istifadə imkanı təqdim edir. Qeyd olunan linklərdən əlavə, şirkət tərəfindən təqdim edilən loqin və parollar müəllimlərin və təhsilalanların şəxsi kabinetlərinə göndəriləcək.
UNEC-in müəllim və tələbələrinə daha bir imkanı məşhur “De Gruyter” bazası yaradır. Almaniyanın nəşriyyat evi və biblioqrafik-referativ informasiya bazası DE/G (“De Gruyter”) martın 31-dək istifadəçilər üçün açıq olacaq.
Qeyd edək ki, “De Gruyter”in Bazel, Pekin, Boston və Münxen şəhərlərində filialları mövcuddur. 270 ildir fəaliyyət göstərən bu şirkət “Yale”, “Columbia University Press”, “Harvard University Press”, “Amesterdam University Press” və digər nəşr evləri ilə əməkdaşlıq edir. Elektron bazada sosial və humanitar elmlərə aid 78 min 915 nüsxədə ədəbiyyat var ki, bunlara jurnallar, dissertasiyalar, tezislər, konfrans topluları, elektron kitablar, monoqrafiyalar və sair daxildir. Bu bazada ən çox müraciət olunan “Review of Network Economics”, “The B.E. Journal of Macro-economics”, “Entrepreneurship Research Journal” nəşrləridir. Bazada iqtisadiyyat, biznes, menecment, maliyyə, turizm, islam biznesi və maliyyəsi, mühasibat uçotu ixtisaslarına aid ədəbiyyatlar mövcuddur. DE/G-nin əsas tərəfdaşları “Web of Science”, “Scopus”, “Google Scholar”, “EBSCOhost” və digər beynəlxalq bazalardır. Onlayn elmi kitabxana dünyada ən çox müraciət olunan biblioqrafik-referativ informasiya bazalarından biridir.
Maraqlananlar əlavə məlumat üçün https://www.degruyter.com/ linki vasitəsilə bazaya daxil ola bilər. Həmçinin gələcək əməkdaşlığın davamlılığı məqsədilə sözügedən bazalar haqqında təklif və rəyləri [email protected] e-mail ünvanına göndərə bilərlər.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər