UNEC-də Qarabağ iqtisadi rayonunda milli brendlərin yaradılmasına dair konfrans keçirilib

UNEC-də Qarabağ iqtisadi rayonunda milli brendlərin yaradılmasına dair konfrans keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ iqtisadi rayonunda milli brendlərin yaradılması və beynəlxalq bazarlara çıxarılması perspektivləri” mövzusunda ümumrespublika konfransı keçirilib.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın moderatorluğu və Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri professor Şəfa Əliyevin təşəbbüsü ilə keçirilən tədbirdə ali təhsil müəssisələrinin, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Konfransda Milli Məclisin deputatı Fatma Yıldırım “Qarabağın dirçəldilməsi prosesləri və regional, beynəlxalq aləmə reinteqrasiyası perspektivləri”, Milli Məclisin deputatı Mahir Abbaszadə “Qarabağın sosial-iqtisadi inkişafının sürətləndirilməsinin strateji aspektləri”, Bakı Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müdiri professor Vahid Abbasov “Qarabağ iqtisadi rayonunda aqrar sahədə milli brendlərin formalaşdırılması və dünya bazarlarına çıxarılması”, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini dosent Fərid Cəbiyev “Qarabağ iqtisadi rayonunun resurs potensialından istifadə etməklə milli brendlərin yaradılması prioritetləri" mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər