Müəllimlərin sertifikatlaşdırma imtahanlarının gedişatını izləmək üçün Elm və Təhsil Nazirliyinin əməkdaşları və Təhsil İnstitutunun rəhbərliyi bölgələrə səfər ediblər.
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovla birgə Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil edilmiş imtahan prosesini izləyib. Eşqi Bağırov bildirib ki, davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikatlaşdırma vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmağı ifadə edir.
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə imtahanlar Ağcabədi şəhəri 11 və Bərdə şəhəri 3 nömrəli tam orta məktəblərdə yaradılmış mərkəzlərdə keçirilir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfovla birlikdə Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyib. İmtahan prosesini izləyən Rüfət Əzizov qeyd edib ki, sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün stimul yaradır. Onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, peşə ilə bağlı bilik və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar.
Qeyd edək ki, sertifikatlaşdırma imtahanları Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə 1 mərkəzdə təşkil olunub. Lənkəran şəhərində keçirilən imtahanlara Astara, Lənkəran, Lerik və Yardımlı rayonlarının müəllimləri cəlb olunublar.
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzazadə Gəncə şəhərinə səfəri çərçivəsində icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə sertifikatlaşdırma imtahanlarının təşkili prosesi ilə yaxından tanış olub. Səbuhi Rzazadənin sözlərinə görə, təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər.
Qeyd edək ki, Gəncədə sertifikatlaşdırma imtahanlarının keçirildiyi mərkəzdə valideynləri ilə gələn uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə onlar üçün əyləncə sahəsi müəyyənləşdirilib. Həmin sahədə pedaqoqlar tərəfindən müxtəlif oyun və maarifləndirici fəaliyyətlər həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Azərbaycan – Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov və digər qonaqlar Şamaxı şəhəri 2 və 6 nömrəli tam orta məktəblərdə keçirilən sertifikatlaşdırma imtahanlarını izləyiblər. Bildirilib ki, sertifikatlaşdırma imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 3 mərkəzdə təşkil olunub. Şamaxı şəhərində keçirilən imtahanlara Dağlıq Şirvan, Mərkəzi Aran və Şəki – Zaqatala regional təhsil idarələrinə aid müəssisələrdə çalışan 1805 müəllim cəlb olunub. İmtahan prosesini izləyən Cəsarət Valehov qeyd edib ki, sertifikatlaşdırma nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyacları müəyyən edilir. Bununla yanaşı, müəllim peşəkarlığının başlanğıc pilləsi müəyyən edilməklə sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunur.
Qeyd edək ki, iyunun 20-dən təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinə başlanılıb. İmtahanlar iyunun 24-dək davam edəcək.
Müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək.
Əlavələr sentyabr ayından tətbiq olunacaq.
Tehsil-press.az