Bakı Slavyan Universitetində (BSU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını izləmək məqsədilə mediatur keçirilib.
BSU-nun rektoru Anar Nağıyev imtahanlarda bakalavriat və magistratura səviyyələri üzrə 3868 tələbə iştirak etdiyi barədə qonaqlara məlumat verib. Bildirib ki, bu il ilk dəfə olaraq əsas binada keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil edilib.
Rektor yeni tədris ilində universitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlər görüldüyünü vurğulayıb. Bu ixtisasın balkanşünaslıq istiqamətində yeni mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradacağını bildirib. Anar Nağıyev Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini söyləyib. Qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Ötən tədris ilində iki tələbə Polşada təhsil alıb. Bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub.
BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən Anar Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Rektor Polşa, Şimali Makedoniya, Çexiya və Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlanıb.
2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara toxunan rektor bildirib ki, keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd yeni ixtisasa – “Politologiya”, “Tarix müəllimliyi”, “Tərcümə” (rus dili-türk dili), “Filologiya” (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçənilki qəbulda plan yerlərinin dolduğunu bildirən Anar Nağıyev bu il nəticənin daha yüksək olacağına inandığını deyib. Qeyd edib ki, bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayı 1500 nəfərə yaxın artacaq.
Anar Nağıyev iyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 1357 imtahanın keçirildiyini vurğulayıb. O, imtahanların müvafiq qaydalara uyğun təşkil edildiyini, şəffaf və ədalətli keçirilməsinin təmin olunduğunu bildirib.
Qeyd edək ki, BSU-da 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə-gənclər təşkilatlarının, mətbuat xidmətinin nümayəndələrindən ibarət “İmtahan Qərargahı” yaradılıb. Həmçinin imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib, əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az