BSU-da yaz semestrinin imtahan sessiyası davam edir

BSU-da yaz semestrinin imtahan sessiyası davam edir Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
İmtahanlarda bakalavr və magistratura səviyyələri üzrə təhsil alan 4665 tələbədən 3868-i iştirak edir. İyunun 1-dən başlayan və əyani formada təşkil olunan sessiyada bu günədək 761 imtahan keçirilib. İlk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub. BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, imtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
İyulun 6-dək davam edəcək imtahan sessiyasında ümumilikdə 1416 imtahanın keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər