Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində “İqtisadi elmi araşdırmalarda mənbələrin əlçatanlığı” mövzusunda seminar keçirilib.
Tədbirin moderatoru UNEC Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva həyata keçirilən elmi araşdırmalardan və tədrisin informasiya təminatının istiqamətində rellaşdırılan layihələrdən danışıb.
Ankara Universitetinin aparıcı mütəxəssisi Nurgül Kılıç təmsil etdiyi universitetin abunə olduğu yerli və beynəlxalq bazalar, kitabxanalarla əməkdaşlıq istiqamətləri və sənəd mübadiləsi barədə məlumat verib. O, qarşılıqlı əməkdaşlıq çərçivəsində UNEC alimləri və təhsilalanlarının Ankara kitabxanasının resurslarından istifadə edə biləcəyini diqqətə çatdırıb.
ADA Universiteti kitabxanasının direktoru Elçin Məmmədov beynəlxalq nəşriyyat, aqreqator və verilənlər bazası anlayışlarını şərh edərək, informasiya resurslarının növlərindəki fərqliliklər, e-sənəd çatdırılması və bir sıra beynəlxalq bazalar haqqında maraqlı məlumatları paylaşıb. Həmçinin ADA universitetinin alimlərinin UNEC-in kitabxana resurslarından istifadəsinin və “Bloomberq” laboratoriyasında tədqiqat aparmaq imkanlarının əhəmiyyətindən bəhs edib.
UNEC-in 3 saylı tədris binası üzrə kitabxananın müdiri Nərminə Abdullayeva iqtisadiyyat sahəsində beynəlxalq və statistik verilənlər bazaları, elektron kitabxanalar və s. barədə çıxış edib. Nüfuzlu elmi bazalarda Azərbaycana aid mövcud resursları iştirakçılarla bölüşüb.
Tədbir konfransın feysbuk səhifəsində canlı yayımlanıb.
Tehsil-press.az